Parisdə yaşayan fransız fotoqraf 1979-cu ildə memarlıq təhsilini yarımçıq qoyaraq “Fotoqrafiyanın bəşəriyyət üçün gücü”-nü seçir və hər bir xalqın tarixinin ən təlatümlü anlarında dünya üzrə uzun səyahətə başlayır.
Reza bəşəriyyətimizin bir sıra ən mühüm və tarixi hadisələrində iştirak edib, insanların sevincini və kədərini fotoşəkillərdə əbədiləşdirib. O, müharibələrin əyani şahidi kimi Azərbaycanda Qara Yanvar və Xocalı qətliamı, qaçqın böhranı və iki Qarabağ müharibəsi vaxtlarında da fotoşəkillər çəkmişdir.
O, 1992-ci ildə Şuşa şəhəri işğal olunmazdan əvvəl Şuşanı tərk edən sonuncu, 2020-ci ildə işğaldan azad ediləndən sonra isə şəhərə daxil olan birinci jurnalist olub. Hazırda Qarabağın yenidən qurulması ilə bağlı yeni layihə üzərində işləyir: “Qarabağın İntibahı”.
Fotoqrafiyanın universal bir dil olduğunu hesab edən Rezanın əsərləri əsas beynəlxalq media qurumlarında ("National Geographic", "Time Magazine", "Life", "Stern", "Newsweek", "Paris Match", "Geo", "El Pais"...) dərc olunub, o, bütün dünyada böyük bədii instalyasiyalar yaradır və sərgisini təşkil edir, dünyanın böyük universitetlərində və beynəlxalq təşkilatlarda konfranslar verir, böyük telekanalların sənədli filmlərində iştirak edir.
Fotoqraf kimi fəaliyyəti ilə yanaşı, özünün qeyri-kommersiya təşkilatları olan “Aina world” və “Reza Visual Academy” vasitəsilə o, könüllü qismində münaqişələrlə dolu cəmiyyətlərdən çıxan və dünyanın böyük şəhərlərinin ətraf zonalarında yaşayan gənclər və qadınlara öz talelərinin vizual hekayəçiləri olmaları üçün təlim keçmişdir. Otuz beş kitabın müəllifi olan Reza "World Press Photo", "Infinity Award", "Lucy Award" mükafatları, Missuri Universitetinin fəxri medalı və Parisdəki Amerikan Universitetindən Honoris Causa fəxri doktor dərəcəsi ilə təltif edilmişdir. Fransanın Aşoka Universitetinin yüksək vəzifəli əməkdaşı onu “Xidmətlərə görə Milli Ordenin Kavaleri” adı ilə təltif etmişdir.