Azərbaycan

Qarabağ, Ağdam

Fevral 1992-ci il

Qadın oğlunun və ərinin meyitini yenicə tapıb. Axtarışda ona kömək edən həkimin sözlərinə görə, onların gözləri hələ sağ ikən çıxarılıb.          

The Washington Тimes

NÜMAYİŞ OLUNAN VƏHŞİLİKLƏR AZƏRBAYCANI DƏHŞƏTƏ GƏTİRİR
Azərbaycan, Ağdam, 3 mart 1992-ci il,
Brian Killen

… bir maşın dolusu cəsəd Azərbaycanın Ağdam şəhərinə gətirildi, bəzilərinin üzləri bıçaqla cızılmış və ya gözləri oyulmuşdu. Bir balaca qızın qolları uzadılmış vəziyyətdə idi, sanki kömək üçün ağlayırdı ...

“Oğlum haradadır”?

Azərbaycan, Qarabağ, Ağdam,
fevral 1992-ci il
Qətliamdan sağ çıxan kişi itkin düşmüş oğlunun fotoşəkilini əlində tutaraq digər ailələrdən onu görüb-görmədiklərini soruşur.

TIME

XOCALIDA QƏTLİAM
16 mart 1992-ci il, Jill Smolowe. çatdırdı: Yuri Zaxaroviç / Moskva

….. iki həftə əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli və ağlasığmaz bir hadisə baş verdi. İndiyədək çoxu eybəcər hala salınmış 200-ə yaxın azərbaycanlı dəfn olunmaq üçün Xocalıdan qonşu Ağdama aparılıb.
Videomateriallarda üzləri tanınmaz hala salınmış dinc sakinlərin təsvirləri var, bəzilərinin başının dərisi soyulub, digərlərinin başına atəş açılıb...

“Oğlum haradadır”?

Azərbaycan, Qarabağ, Ağdam, fevral 1992-ci il
Qətliamdan sağ çıxan kişi itkin düşmüş oğlunun fotoşəkilini əlində tutaraq digər ailələrdən onu görüb-görmədiklərini soruşur.

The Sunday Тimes

8 mart 1992-ci il, Tomas Qoltz, Ağdamdan xəbər verir

 

... İnsanlar xəstəxananın dəhlizlərində dolaşıb əzizindən xəbər axtarırdılar: “Qızım hanı, oğlum hanı?”. – ana nalə çəkdi. “Zorlanmış. Bıçaqlanmış. İtkin.” Sağ qalanlar deyirlər ki, erməni silahlı qüvvələri yarğanlarda hərəkət edən hər şeyi atəşə tutaraq amansız qırğına başlayıblar.

Ömər Veysəlov Ağdamda xəstəxanada olarkən deyib: "Ermənilər atəş açmağa davam edirdilər".

"Arvadımın və qızımın düz yanıma düşdüklərini gördüm"...

Azərbaycan, Qarabağ, Ağdam, fevral 1992-ci il

Yaxınlarının meyitini meyitxanada tapdıqdan sonra ağlayan, ümidsizcəsinə fəryad edən qadınlara ailə üzvləri dəstək olur. Sağdakı qadına həyat yoldaşı və oğlunun axtarışında kömək edən həkim bildirib ki, onların sağ ikən gözlərini çıxarıblar.

«Human Rights Watch »/Helsinki

“Rusiya ordusunun 366-cı motoatıcı alayının iddia edilən dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən Xocalıda yüzlərlə dinc azərbaycanlının qətlə yetirilməsi” 1992-ci il müharibəsini səciyyələndirən mühüm hadisələrdən biri idi.

Azərbaycan, Qarabağ, Ağdam, fevral 1992-ci il

Qadınlar yaxınlarının meyitlərini tapdıqdan sonra bir-birlərinə dəstək olurlar.

The Age

Melburn, 6 mart 1992-ci il
Azərbaycan Ağdam, cümə axşamı

Helen Womask
... Xocalı qaçqınları fevralın 26-nə keçən gecə ermənilərin evlərinə necə basqın etdikləri, qaçanları təqib edərək ətraf meşələrdə gülləbaran etmələri barədə əsas etibarilə tutarlı məlumat verirlər. Dünən bir qəbiristanlıqda bizə göstərilən dörd eybəcər hala salınmış meyitdən əlavə, 75 təzə qazılmış qəbir gördüm ...

Azərbaycan
Qarabağ, Ağdam
fevral 1992-ci il

Xocalı soyqırımından sonra.

Qırmızı Xaç tərəfindən qohumlarının cənazələrinin gətirilməsini gözləyən qadınlar. 

“The Boston Globe”

3 mart 1992-ci il
Azərbaycan, Bakı
Раul Quinn-Judge
… helikopterlə bölgəyə qısa müddətə uçan jurnalistlər başından güllə ilə vurulmuş üç uşağın cəsədini çıxarıblar, Reuters xəbər verir ki, ermənilər onlara daha çox cəsəd gətirməyə mane olublar.

Xocalının tutulması zamanı çoxlu sayda dinc sakinin öldürüldüyü barədə xəbərlər getdikcə artırdı ...

Azərbaycan
Ağdam
fevral 1992-ci il

Xocalı qətliamından sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi hər iki tərəfə əsirlərin mübadiləsinə icazə vermək üçün yerli atəşkəs təşkil etdi. Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülən azərbaycanlı girov ailəsinə qovuşur.

GÜNAHKARLARINA HEÇ BİR VƏCHLƏ HAQQ QAZANDIRILA BİLMƏYƏN BİR FACİƏ

Svoboda, 12 iyun 1992-ci il
... “Qaçqınlar ermənilərin qurduğu pusquya düşərək atəşə tutulublar”... əsasən qadınlar və uşaqlar dağlarda yolu azarkən donaraq ölüblər: digərləri əsir götürülüb.
Əsirlərdən bəzilərinin güllələndiyinə dair sübutlar vardır ...

Azərbaycan
Ağdam
fevral 1992-ci il

Xocalı soyqırımından sağ çıxanlar Ağdam şəhərində toplaşıb Qırmızı Xaç Komitəsinin gətirdiyi cəsədlər siyahısında qohumlarının adını axtarırlar. 

The Washington Post

Thomas Goltz
Azərbaycan, Ağdam
27 fevral

…. Ağdamda Xocalı qaçqınları çərşənbə günündən indiyədək 477 qurbanın adını qeydə alıblar …

Azərbaycan
Qarabağ, Ağdam
ferval 1992-ci il

Sağ qalan şəxs bir ailə üzvünün meyitini meyitxanada tapdıqdan sonra ağlayır.

“The Washington Post”

6 mart 1992-ci il
SON QUCAQLAŞMA

Azərbaycan, Qarabağ, Ağdam, fevral 1992-ci il

Qadın oğlunun və ərinin meyitini yenicə tapıb. Axtarışda ona kömək edən həkimin sözlərinə görə, onların gözləri hələ sağ ikən çıxarılıb.           

“The Washington Тimes”, 3 mart 1992-ci il NÜMAYİŞ OLUNAN VƏHŞİLİKLƏR AZƏRBAYCANI DƏHŞƏTƏ GƏTİRİR Brian KILLEN,, Azərbaycan, Ağdam

……bir maşın dolusu cəsəd Azərbaycanın Ağdam şəhərinə gətirildi, bəzilərinin üzləri bıçaqla cızılmış və ya gözləri oyulmuşdu. Bir balaca qızın qolları uzadılmış vəziyyətdə idi, sanki kömək üçün ağlayırdı.

Azərbaycan, Qarabağ, Ağdam, fevral 1992-ci il

Qətliamdan sağ çıxmış şəxs ailə üzvlərinin cəsədlərini içəridə tapdıqdan sonra ağlayaraq meyitxanadan qaçır.

"Le Monde", Paris, 14 mart 1992-ci il

Ağdamda olan əcnəbi jurnalist öldürülənlərin arasında qadınları və dırnaqları qoparılmış, baş dərisi soyulmuş üç uşağı görüb.

Azərbaycan, Qarabağ, Ağdam, fevral 1992-ci il

Sağ qalan şəxs ailə üzvlərinin cəsədlərini içəridə tapdıqdan sonra fəryad edərək meyitxanadan qaçır.                 

Kommersant, Moskva, 27 fevral 2002-ci il

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri erməni tərəfinin kütləvi hücumuna məruz qaldı. Hücumda Rusiyanın 366-cı motoatıcı alayının bölmələri iştirak edib. Nəticədə 613 nəfər həlak olub, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Azərbaycan, Qarabağ, Ağdam, fevral 1992-ci il

Qırmızı Xaç Komitəsi hər gün daha çox cəsəd gətirirdi. Sağ qalanlar cəsəd torbalarına bükülmüş onlarla meyit arasında dolaşaraq erməni əsgərlərinin törətdiyi dəhşətləri aşkar edirdilər. Ermənilər tərəfindən BQXK-dan Pierre Gauthierə azərbaycanlı həmkarları ilə birlikdə meyitləri gətirməyə icazə verilib. Sağda, sonradan ermənilər tərəfindən öldürülən Azərbaycan qüvvələrinin komandanı Allahverdi Bağırovdur. O, “Azərbaycanın Milli Qəhrəmanları” sırasındadır.

"The Independent", London, 12 iyun 1992-ci il ƏZABLI AXTARIŞ

... Azərbaycanda Xocalı şəhərində azərbaycanlıların fevral qətliamının dəhşətli miqyası nəhayət ki, üzə çıxır - 600-ə yaxın kişi, qadın və uşaq ölüb.

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Bakıdakı nümayəndə heyətinin rəhbəri Francois Zen Ruffinen bildirib ki, Ağdam məscidində Xocalıdan 580 cəsəd qəbul edilib, onların əksəriyyəti mülki şəxslərdir. Cənab Zen Ruffinen deyib: "Cəsədləri saymadıq. Amma rəqəm ağlabatan görünür. Bu, fantaziya deyil". "Cəsəd torbaları və ölüləri yumaq üçün məhsullar verdikdən sonra bizdə onların sayı barədə müəyyən təsəvvür yarandı"....

Azərbaycan, Qarabağ, Ağdam, fevral 1992-ci il

Qırmızı Xaç Komitəsinin avtomobilindən kişi meyiti boşaldılan zaman yaxınlıqda gözləyən qadınlardan biri ərini tanıyır.

“The Washington Тimes”, 3 mart 1992-ci il NÜMAYİŞ OLUNAN VƏHŞİLİKLƏR AZƏRBAYCANI DƏHŞƏTƏ GƏTİRİR Ву Brian KILLEN, Azərbaycan, Ağdam

... Xocalının qırğın sahələrinin ətrafına səpələnmiş onlarla cəsəd ən dəhşətli qətliamın sübutudur....

Azərbaycan, Xocalı ilə Ağdamın arasından keçən yol, fevral 1992-ci il

Ermənistan silahlı qüvvələri tərəfindən əsir zgötürülən azərbaycanlı kəndlilər dəyişdirilərək geri qaytarılır. Keçmiş əsirlərdən biri o qədər zəifdir ki, köməksiz ayaq üstə dayana bilmir, bu da onlara qarşı sərt rəftar olduğundan xəbər verir. 

“The Independent, London”, 12 iyun 1992-ci il ƏZABLI AXTARIŞ

  "İnsanlar bizə əl yelləyərək kömək istəyirdilər. Bir ölü qadının yanında üç ölü uşaq və iki yaşlı bir sağ uşaq gördük. Sağ qalmış uşaq anasının ayağa qalxması üçün onun qolundan çəkirdi. Biz yerə enmək istədik, lakin ermənilər bizim olduğumuz helikopterə atəş açmağa başladılar və geri qayıtmalı olduq"

Azərbaycan, Qarabağ, Ağdam, fevral 1992-ci il

Qadın və azyaşlı oğlu indicə qadının ərinin və uşağın atasının cəsədini tapıblar.

“New York Times”, 6 mart 1992-ci il AZƏRBAYCANDA SON VİDA

"Azərbaycanın Ağdam şəhərindəki qəbiristanlıqda ermənilər tərəfindən törədilən Xocalı qətliamı qurbanlarının dəfn edildiyi zaman ailə üzvləri və yaxınlarının kədəri...

Azərbaycan, Ağdam, fevral 1992-ci il

O, indicə qardaşı Əhədin cəsədini tapıb. O, Xocalıda öldürülüb.

"The Independent", London, 12 iyun 1992-ci il Frederique LENGAIGNE / Reuter

……"“Saat 11 radələrində əvvəllər heç eşitmədiyimiz elə bir bombardman başladı ki, səkkiz-doqquz növ silah, artilleriya, ağır pulemyotlar, çoxlu sayda”, - cənab Sadıqov dedi……

Qaçıb xilas olmaq üçün təxminən 15 mil aralıda yerləşən Ağdama çatmalı idik.……

" . sonra bizi gördülər,... və ermənilər atəş açmağa başladılar”, cənab Sadıkov deyir ki, onun 80 nəfərlik dəstəsindən arvadı və oğlu da daxil olmaqla cəmi 10 nəfər keçə bilib. Onun yaxın qohumlarından yeddisi, o cümlədən 67 yaşlı böyük qardaşı ölüb.

“Yalnız əlimi uzadıb papağı ilə üzünü örtməyə vaxtım oldu”, - dedi, iri, yastı türk papağını gözlərinin üstünə çəkdi. “Meyitlərdən heç birini geri almamışıq”

Azərbaycan, Ağdam, fevral 1992-ci il

Erməni əsirlər tərəfindən dəyişdirildikdən sonra azərbaycanlı əsir ailəsinə qovuşdu. O, ayağa qalxa bilməyəcək qədər zəifdir, bu da əsirlikdə olarkən sərt rəftar edildiyini göstərir.

The Washington Post”, 28 fevral 1992-ci il Thomas GOLTZ, Ağdam, Azərbaycan, 27 fevral.

…… Çərşənbə gecəsi Ağdama çatan Raisə Aslanova çərşənbə axşamı gecəsi Xocalıya hücum edən ermənilər haqqında deyir: “Durmadan atəş açırdılar”. O bildirib ki, əri və kürəkəni öldürülüb, qızı isə itkin düşüb…..

Azərbaycan
Qarabağ, Ağdam
Ferval 1992-ci il

Ermənilər tərəfindən Qırmızı Xaç Komitəsinə Xocalıda qətlə yetirilən insanların meyitlərini müvəqqəti meyitxanalara gətirmək üçün icazə verilib. Sağ qalanlar yaxınlarının meyitini tanımağa gəlirdilər. Kişilərin arasında dayanan qadın indicə qohumlarının cəsədlərini tanıyıb.

Washington Times

NÜMAYİŞ OLUNAN VƏHŞİLİKLƏR AZƏRBAYCANI DƏHŞƏTƏ GƏTİRİR
3 mart 1992-ci il, Brian Killen, Azərbaycan, Ağdam

…. digər altı cəsəd qolları və ayaqları yana açılmış, tam geyinmiş vəziyyətdə, əlləri və ayaqları öldürüldükləri pozalarda donmuş halda uzanmışdı. Üzləri soyuqdan qaralmışdı …..

"Telman!" – deyə bir qadın sağ qolu havaya qalxaraq arxası üstə uzanmış halda olan atasının cəsədinin sinəsini hirslə döyəcləyərək qışqırdı.

Azərbaycan

Qarabağ, Ağdam

Mart 1992-ci il

Kişi erməni snayperi tərəfindən başından güllə ilə vurulan yaralı qardaşının meyitini yenicə görən dostuna dəstək verir. Peşəkar erməni snayperləri tərəfindən xeyli sayda insan düz başından güllələndi, onların çoxu Qarabağda döyüşmək üçün başqa ölkələrdən gəlmişdi.                                                

Newsweek

Mart 1992-ci il SOYQIRIMIN ÜZÜ Pascal Privat, Steve Le Vine ilə Moskvada

Keçən həftə Azərbaycan yenə də meyitxanaya çevrildi: qaçqınların yas tutduğu və onlarla meyitin məscidin arxasındakı müvəqqəti meyitxanaya sürükləndiyi yer. Onlar fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Qarabağın kiçik bir şəhəri olan Xocalının sadə azərbaycanlı kişi, qadın və uşaqlarıdır. Çoxları qaçmağa çalışarkən yaxın məsafədən öldürüldü;

Azərbaycan

Qarabağ, Ağdam

Fevral 1992-ci il

"Əhəd...Əhəd...Əhəd, qardaşım”, - kişi qardaşının meyitini tapdıqdan sonra əzab içində qışqırır.

Azərbaycan, Ağdam, fevral 1992-ci il

Gənc azərbaycanlı Timur erməni snayperinin açdığı atəş nəticəsində başından güllə ilə öldürülüb.

The Times

2 mart 1992-ci il QARABAĞDA TƏPƏLƏR CƏSƏDLƏRLƏ DOLUDUR

…. Anatol Levin qaçqınların erməni qoşunları tərəfindən kütləvi şəkildə öldürülməsini araşdırmaq üçün vertalyotda ikən atəşə tutulub.

“Qarla örtülmüş təpələrin üzərindən uçarkən səpələnmiş cəsədləri gördük. Görünür, qaçqınlar qaçarkən güllələnmişdilər…..

….. Ağdama qayıtdıqdan sonra biz mülki vertolyotun götürdüyü cəsədlərə baxdıq. İki qoca kişi və kiçik qız qan içində idi, əzaları soyuqdan büzüşmüşdü. Onlara atəş açılmışdı…..

Azərbaycan, Qarabağ, Ağdam, fevral 1992-ci il

Dəfn mərasiminə uyğun olaraq tabut və cəsədi bükmək üçün ağ kəfən.

The New York Times

Çərşənbə axşamı, 3 mart 1992-ci il ERMƏNİLƏR TƏRƏFİNDƏN TÖRƏDİLMİŞ SOYQIRIM

Ağdam yaxınlığında maşın dolusu cəsədlər, "Reuters"-in fotoqrafı Frederique Lengaigne azərbaycanlı cəsədlərlə dolu iki yük maşını görmüşdü.

“Bəzilərinin başı kəsilmiş, bir çoxu isə yandırılmışdı”.

Azərbaycan

Qarabağ, Ağdam

Fevral 1992-ci il

Meyitxananın yanında Qırmızı Xaçı Komitəsi tərəfindən ailə üzvlərinin cəsədlərinin gətirilməsini gözləyən sağ qalanların əzabları

The Independent

29 fevral 1992-ci il Helen Womack

…..Reuters agentliyinin Ağdamda olan müxbirinin verdiyi məlumata görə, azərbaycanlılar qətliamdan sonra ermənilərin Xocalı şəhərini zəbt etməsi nəticəsində həlak olan çoxlu sayda insanı dəfn edirlər. "Dünya burada baş verənlərə arxa çevirir. Biz ölürük, siz isə sadəcə seyr edirsiniz", - yas tutanlardan biri qışqırır……

Azərbaycan

Qarabağ, Ağdam

Fevral 1992-ci il

Qırmızı Xaç Komitəsi tərəfindən gətirilən ailə üzvlərinin cəsədlərini tapdıqdan sonra ağlayan kişi.

The Times

3 Mart 1992, SOYQIRIMIN ÜSTÜ AÇILDI, Anatol Lieven

Təpələrdə altmışdan çox, o cümlədən qadın və uşaq cəsədi göründü...erməni qoşunlarının azərbaycanlı qaçqınları qətlə yetirməsi ilə bağlı iddiaları təsdiqləyir. Yüzlərlə insan itkin düşüb.

Azərbaycan

Qarabağ, Ağdam

Fevral 1992-ci il

Kişi meyitxananın qarşısında ölmüş qohumunun meyitini gözləyir. O, müsəlman dəfn mərasiminə uyğun olaraq tabutu və cənazəni bükmək üçün ağ kəfəni hazırlamışdır.

The Washington Post

28 fevral 1992-ci il Thomas GOLTZ, Azərbaycan, Ağdam, 27 fevral

….. Bu gün burada görülən yeddi cəsədin ikisi uşaq, üçü qadın idi, biri yaxın məsafədən sinəsindən vurulmuşdu. Ağdam xəstəxanasında müalicə alan daha 120 qaçqın arasında çoxsaylı bıçaq xəsarətləri alanlar da var……

Azərbaycan, Ağdam, fevral 1992-ci il

Müvəqqəti xəstəxanada fransız tibb bacısı yaralı azərbaycanlı könüllü əsgərə qulluq edir, fransız apteklərinin üzvü isə əlində fənər tutub.

The Sunday Times

1 mart 1992-ci il Thomas Goltz, Azərbaycan, Ağdam

…. Ağdam xəstəxanası qırğın və terror səhnəsi idi. Həkimlər qeyd ediblər ki, xəstəxanada əksəriyyəti güllə və bıçaq yaraları almış 140 xəstə var... 

The Sunday Times

1 mart 1992-ci il Thomas Goltz, Azərbaycan, Ağdam

… Hücum edənlər qadın və uşaqları müdafiə edən əsgərlərin və könüllülərin əksəriyyətini öldürdülər. Daha sonra silahlarını dəhşətə gələn qaçqınlara tərəf çevirdilər. Sağ qalan bir neçə nəfər daha sonra baş verənləri belə izah edirdi: “Əsl qırğın elə o zaman başladı”, - deyə sağ qalan üç əsgərdən biri olan Azər Hacıyev bildirib. "Ermənilər durmadan atəş açırdılar. Onlar içəri girdilər və süngü və bıçaqları ilə adamları oymağa başladılar"……

… Ağdama gələn bir oğlanın qulağı kəsilmişdi……

Azərbaycan, Ağdam, fevral 1992-ci il

Erməni snayperi tərəfindən başından güllə ilə öldürülən dostu Timuru xatırlayaraq ağlayan azərbaycanlı könüllü gənc əsgər.

“The Age”, Melburn

6 mart 1992-ci il Helen Womask, Ağdam, Azərbaycan, cümə axşamı

Mən həmçinin bir sıra qatar vaqonlarında təşkil edilmiş müvəqqəti xəstəxanada güllə yarası almış qadın və uşaqlar gördüm.

Azərbaycan, Qarabağ, Ağdam, fevral 1992-ci il

Qətliamdan sağ çıxmış şəxs valideynlərinin cəsədlərinin müsəlman adət-ənənəsinə uyğun olaraq dəfn olunması üçün hazırlanarkən ağlayır.